Səhərlər yorğun oyanmamaq üçün nə edim?

Səhərlər yorğun oyanmamaq üçün nə edim?

Şirzad İsmayılov
03.12.2023
295 dəfə oxundu

Səhərlər yorğun oyanmamaq üçün nə edim?

 



 

Səhərlər yorğun oyanmaq çoxumuzun problemidir. 

Yaxşı,  bəs bu problemdən necə qurtula bilərik?

Səhərlər rahat və enerji ilə oyanmaq üçün nələrə diqqət etməliyik?



Axşam yeməyini çox gec yeməyin. Xüsusilə axşam yeməyindən sonra karbohidrat tərkibli qidalardan uzaq durun. Bu hal insulin dəyərinizin yüksəlməsinə səbəb olur.


Şəkər qəbulunu azaldın. Şəkər qəbulu qan şəkərinizin sürətlə düşüb qalxmasına yol açır. Bu da aclıq istəyi, stress və narahatlıq kimi yuxuya maneə olan səbəblər  ortaya çıxarır.



Su bədənimizdə metabolizmanın yaxşı işləməsi üçün və detoksikasiya üçün çox vacib rol oynayır. Əgər kifayət qədər su içmirsinizsə bədəniniz işini tam görmür. Bunun üçün kilonuza uyğun miqdarda su içməlisiniz.


Yuxu ilə birbaşa bağlı olan vitamin və mineral qruplarını yoxlatdıra bilərsiniz. Əsas maqnezium, sink, C və D vitaminlərinə fokuslanın.



Fiziki aktivlik şərtdir. Bədəninizdə yığılıb qalan enerjini çıxarmaq və qan-damar sistemini gücləndirmək üçün yürüyüş və idman vacibdir. 


Gecə 11:00-03:00 saatlarında yuxuda olmağınız çox vacobdir. Çünki bu əsnada  yuxu və böyümə hormonu olan  melatonin və sanotrapin ifraz olunur və sizin bədəninizin yenilənməsinə kömək edir. Bu səbəbdən səhər oyananda özünüzü gümrah və enerjik hiss edirsiniz.

 

☕️Axşam yeməyindən sonra kofe və çay içməməyə çalışın. Tərkiblərində olan kafein yuxu keyfiyyətinə birbaşa təsir edir.


Yaxşı oyanmaq üçün yaxşı yatmaq şərtdir