Həyatım boyu məni sağlam həyat tərzi maraqlandırıb. Çünki lap uşaq vaxtımdan artıq çəkidən əziyyət çəkmişəm.
Mənə heç bir pəhiz, heç bir həkim və ya uzun müddət ac qalmaq kömək etmirdi.
Daimi axtarış içində olarkən əsas məqama gəlib çıxdım.
Qidalanmağa...
Həmin vaxtdan başlayaraq mən qida sahəsini, sağlam qidalanmağı aktiv öyrənməyə və araşdırmağa başladım.
İlk öncə öz xarici görünüşüm üzərində işləməyə başladım və 25 kiloqram arıqladım. Təbii ki, sağlam formada..
Bundan sonra yaxın ətrafımdan olan bir neçə şəxsə kömək etdim. Tezliklə dərk etdim ki, insanların fiziki dəyişimini, onların öz yaxşı versiyalarına çevrilməsini müşahidə etmək və bu işdə bilavasitə iştirakçı və bələdçi olmaq mənim məşğul olmaq istədiyim işdir.
Zamanla işi lap dərindən daha aktiv öyrənməyə və müxtəlif treyninqlərdə iştirak etməyə başladım. Professional fəaliyyətimə başladığım zamandan bu yana (5 il) 1000 nəfərdən artıq insana kömək etdim.
Mən həkim və ya dieotoloq deyiləm, mən qidalanma üzrə konsultantam. Başqalarına kömək etməklə, uğurlu fəaliyyət həyata keçirir və bundan zövq alıram!
Niyə mən?
Bütün təcrübə və biliklərimdən istifadə etməklə, mən insana bütün aspektləri: yuxu və oyaqlıq rejimi, iş fəaliyyətinin spesifikası, qidada fərdi zövqünü və s. nəzərə almaqla fərdi qidalanma qrafiki tərtib etməyə kömək edirəm.
Proqram müddətində düzgün qidalanma üçün aktual reseptlər verirəm, həmçinin qazanılmış nəticənin qorunmasına da kömək edirəm.
Mən müştərilərimi onları məqsədlərinə aparan bütün yol boyu müşayiət edirəm!
Eləcə də bu yolda mənimlə işləmək istəyən həmfikirlər kollektivinə qapı açıram!