Oturaq iş həyatı və ofisdə yeyilən sağlıqsız yeməklər - köklük, qarın ətrafında yığılan piylənmə və bəzi xəstəliklərə yol açır. Bu səbəbdən də ofisdə oturaq işdə işləyənlərin kökəlməməsi üçün diqqət etməli olduğu məqamlar var.
Sıx iş tempində qidalanma ikinci plana atılmamalıdır. Əgər yeməkləri normasında yemirsinizsə bu zaman qan şəkəri düşür və digər qidaları lazımından çox yemənizə səbəb olur. Buna görə gün ərzində qidalanmağa bir neçə dəfə yer verməlisiniz. Yeməklər arasında quru meyvə, qatıq və kəsmik kimi qidalar qan şəkərini tarazlayacaq və bütün gün ofisdə oturmaqdan yavaşlayan maddələr mübadiləsini də sürətləndirəcəkdir.
-Səhər yeməyi günün ən vacib yeməyidir və gün ərzində performansa təsir edir: Evdən səhər yeməyi yemədən çıxmısınızsa ofisinizdə sağlam qidalanaraq işə başlaya bilərsiniz. Ac qalmamaq üçün yolüstü alınan un məmulatları, şirniyyat və konfet kimi yüksək karbohidratlı qidalar gün ərzində yorğunluq və yuxululuğa səbəb olur. Bu qidalar həddindən artıq yağlı və şəkərli olduğu üçün qanda şəkəri balansını pozur və çəki almanıza səbəb olur.
Bəs sağlam səhər yeməyi necə olmalıdır?
Yumurta, pendir, zeytun, kəpəkli çörək, pomidor, xiyar və göyərti ilə hazırlanmalıdır. Səhər yeməyinə vaxt ayıra bilmirsinizsə, 1 ədəd meyvəni qara çörək (çovdar) və ağ pendirlə (az yağlı) və ya kəsmiklə yeyə bilərsiniz.
-Gününüzə qəlyanaltı əlavə edin: Sıx iş tempində ən yaddan çıxan qidalar qəlyanaltılardır. Sağlam qidalanma proqramında çox əhəmiyyətli bir yerə sahib olan qəlyanaltılar, mümkün olduğu qədər öncədən təyin olunmuş saatlarda yeyilməlidir. Maddələr mübadiləsini sürətləndirmək, şəkər balansını qorumaq və alınan enerjinin bədən tərəfindən yandırılmasını təmin etmək üçün nahara qədər və axşam yeməyinə qədər 2 dəfə qəlyanaltı hazırlanmalıdır.
Məsələn: Təzə və qurudulmuş meyvələr, fındıq, yerfıstığı, qoz, kəsmik, qatıq və ya sağlam formada hazırlanan şirniyyat və krakerlər qəlyanaltılar üçün idealdır.
Nahar yeməyinizi mütləq yeyin: Nahar yeməyi çox vacibdir. Nahar üçün qızardılmış və xəmir kimi ağır və yağlı qidalar yerinə - qaynadılmış, sobada bişmiş və ya kabab kimi çəkilmiş ət, toyuq, balıq yeyilməlidir. Bunlardan əlavə naharlarda mövsümi göyərti və tərəvəzlərdən (bişməmiş) istifadə edərək bolca salat yeyə bilərsiniz. Ağ çörək əvəzinə qara çörəyə və ya qarnirə üstünlük verilməlidir.
Metabolik sürəti dəstəkləmək üçün içdiyiniz suyun miqdarına diqqət yetirin: Gün ərzində bol su içmək də çox vacibdir. Gündəlik su miqdarı orta hesabla 2,5-3 litr olmalıdır. Su miqdarını artırmaq üçün suya 1 dilim limon və nanə kimi ətirli qidalar əlavə edilə bilər.
Metabolizmin sürətini dəstəkləmək üçün gün ərzində qısa gəzintilər etmək də çox vacibdir.
Artıq çəki ilə bağlı problem yaşayırsınızsa mənə müraciət edərək bu probleminizdən yaxa qurtara bilərsiniz. Nəzərinizə çatdırıram ki, ilkin konsultasiya ödənişsizdir.