Ödəm nədir? Ödəmi bədəndən necə atmaq olar?

Ödəm nədir? Ödəmi bədəndən necə atmaq olar?

Şirzad İsmayılov
05.24.2021
18 640 dəfə oxundu

 

Ödəm nədir? Ödəmi bədəndən necə atmaq olar?


Ödəm çox insanın şikayət etdiyi əsas problemlərdən biridir. Səhər tezdən üzündə olan şişkinliyin, ayaqqabının, üzüyün, şalvarın əyininə olmamasının səbəbinin ödəm olmasından bir çox şəxsin xəbəri yoxdur. Bədənimizdə topldanan normadan artıq ödəm həyat keyfiyyətimizə təsir edir və bizi olduğumuzdan daha çox çəkili göstərir. 


Ödəm nədir?

Ödəm bədənimizin toxumalarında yığılan normadan artıq olan sudur. İltihab, zədələnmə, infeksiya, stres ilə birlikdə doğru qidalanmadıqda belə bədən ödəm tutmağa başlayır. Bədənin ödəm tutmasının ən əsas səbəblərindən biri doğru qidalanmamaqdır. Ödəmə səbəb olan əsas qidalanma səhvlərindən biri bədənə kifayət qədər maye və  mineral qəbulunun olmamasıdır. Yetərsiz maye və mineral qəbulunda bədən ehtiyac duyduğu mayeni bədəndə tutmağa meyilli olur. Ödəm ən çox əl, üz, ayaq və qarın bölgələrində toplanır. 

Ödəmə səbəb olan nədir? Bədən niyə ödəm tutar? 

Normadan çox duz qəbulu: Duz bədəndə ən çox ödəm yaradan amillərdən biridir. Duzun ödəmə səbəb olmasının səbəbi tərkibində olan sodium və natrium maddələri ilə bağlıdır. Qidalanmanızda normadan 1 qram çox duz istehlakı bədəninizdə 250-300 qram ödəm yarada bilir. Burada söhbət yalnız yeməklərinizə əlavə etdiyiniz duzlardan getmir. Əlavə olaraq da gün ərzində qəbul etdiyiniz qidaların da tərkibində duz olduğunu unutmayın.

Yetərli miqdarda mineral qəbulunun olmaması: Minerallar bədənimizdə bir çox funksiyadan məsul olan mikroelementlərdir. Hormonların quruluşunda iştirak edib bədənimizin normal fəaliyyət göstərməsini təmin edir. Kifayət qədər mineral qəbulu olmadıqda bədənimizdə hormonal balansda pozulmalar yarana bilir. Belə vəziyyətdə də hüceyrələrimiz su tutaraq hormonların və fermentlərin normal fəaliyyətini bərpa etməyə çalışır. 

Yetərli miqdarda kalium qəbulunun olmaması: Bədənimizdə sodium-kalium nasosu deyilən bir tarazılıq elementi var. Günlük qidalanmamızda yetərli qidarda kalium qəbul etməkdidə bədənimiz tarazılığı saxlamaq üçün qidalarda olan sodiumu bədəndə tutmağa başlayır. Nəticədə isə hüceyrələrimizdə su toplanmağa başlayır və bədənimiz ödəm tutur. 

Qidalanmamızda radikal dəyişiklik etmək: Hazırda bəzi insanlar müəyyən qidalar var ki, bədəni o qidalara qarşı intoleransdır. Yəni bədənimiz həmin qidaları qəbul edə bilmir. Bunların başında gluten və laktoza gəlməkdədir. Uzun müddət tərkibində gluten olan məhsullarla (taxıl tərkibli qidalar) qidalanmadıqda və günlük rasiona anidən gluten tərkibli qidalar daxil etdikdə bədən ödəm tutmağa başlayır. 
Eyni formada da laktoza. Süd və süd məhsullarını günlük rasionunda az istifadə edən şəxs günlük qidalanmasına laktoza tərkibli süd və süd məhsulları əlavə etdikdə yenə də ödəm problemi ilə qarşı-qarşıya qalır. Bir şəxsin hansı qidalara intoleransının olmasını müəyyən analizlər nəticəsində öyrənmək mümkündür. Ən çox rast gəlinən intoleranslı qidalardan digəri də tərkibində maya olan qidalardır. 

Çay və kofenin həddindən çox içilməsi: Çay və kofenin tərkibində olan kofein maddəsinə bəzi şəxslərdə intoleransın olması yuxarıda da qeyd etdiyimiz kimi ödəm tutma ilə nəticələnə bilir. Əlavə olaraq da normadan çox kofein qəbulu bədəndə su atma prossesini sürətləndirdiyi üçün bədəni su balansını qorumaq üçün su tutmağa məcbur edə bilər.

Çox miqdarda alkoqol qəbulu: Alkoqol bədənimiz üçün tamamilə yad bir elementdir. Bədəndən su atmaq təsiri olduğu üçün kofein qəbulunda olduğu kimi bədəni su tutmağa məcbur edə bilir. 

Fiziki aktivliyin yetərli qədər olmaması: Fiziki fəaliyyət nəticəsində bütün orqanlarımız daha yaxşı fəaliyyət göstərir. Yaxşı işləyən bir oqranizm isə öz tarazılığını qoruyar və su tutmaz. 
Stresli bir həyatın olması: Stres bədənimizdə kortizol hormonunun ifrazına səbəb olur. Kortizol dağıdıcı bir hormondur və bədənin su tutmasına səbəb olur. 
Yuxu miqdarının yetəri miqdarda və ya yetəri keyfiyyətdə olmaması: Yazımızı bura qədər oxumusunuzsa deməli ödəmin bədəndə tarazlaşdırıcı bir amil olduğuna diqqət yetirdiniz. Yuxu bədənimiz üçün mükəmməl bir bərpa olunma prossesidir. Yetəri miqdarda və keyfiyyətli yuxuya sahib olmayan şəxslər həm zehni, həm də fiziki cəhətdən özlərini bərpa edə bilməzlər. Bu halda bədən stressə girər və bədəndə ödəm yaranmağa başlayar.
Dəman və hormon istifadəsi: Bəzi dərman və hormonlar bədənimizdə daha çox ödəmə səbəb ola bilir. Bunlardan əsaslar: trioid, qan təyziqi, iltihal əleyhinə dərmanlar, steroid və estrogen hormonlarıdır.


Gizli duz mənbəyi olan qidalar

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik qəbul edə biləcəyimiz duz miqdarını 5 qr olaraq bildirir. Bu miqdar təxminən 1 çay qaşığıdır. 
Tez-tez istehlak edilən və tərkibində duz və sodium olan bir çox qidalar var. Ödem problemi olan və duz istehlak etmədiklərini iddia edən fərdlərin bu qidaları tez-tez pəhrizlərinə daxil etdiyini görürük.

Gizli duz mənbəyi olan 100 qram qidadakı duz miqdarı:

Zeytun: 3,5-5 qram duz

Pendir: 3,5-7 qram duz

Çiplər: 6,5-8 qram duz

Kolbasa-Sosiska: 3,5-7 qram duz

Turşu: 3,5-4 qram duz

Ketçup: 2-3 qram duz

Çörək: 1,2-2,5 qram duz



Bədəndən ödəmi necə atmaq olar?

Duzdakı natrium bədənimizdə ödəmə səbəb olan amillər arasında ilk sırada gəlir. Bir yetkinin sağlam bir həyat sürməsi üçün gündə 1500 mq natriuma ehtiyacı var. Ümumdünya Səhiyyə Təşkilatı, 2007-ci ildə nəşr olunan bir hesabatda gündəlik sodyum qəbulu miqdarının 2000 mq-dan az olması lazım olduğunu bildirdi.


Natrium tərkibli qidaların siyahısı 
Natrium olan qidaları istehlak edərkən diqqətli olmalıyıq. Rəqəmlər qidaların 100 qramı nəzərə alınaraq göstərilmişdir. 
Hazır mərci şorbası: 4096 mq
Bacon: 2799 mg
Ət qovurma: 2661 mq
Qurudulmuş pomidor: 2124 mq
Xiyar turşusu: 1733 mq
Simit: 1606 mq
Keçi pendiri: 1430 mq
Qaz əti: 1358 mq
Zeytun: 1022 mq
Kolbasa: 1019 mg və s. 


Tərkibində kalium olan qidalar

Ödəmə səbəb olan amillərdən biri olan natrium kalium balansını qorumaq üçün kifayət qədər kalium almalıyıq. Bir yetkinin gündəlik kalium ehtiyacının 4500-5000 mq arasında olması istənilir. Bəzi qidaların 100 qramı nəzərə alınaraq kalim tərkibi aşağıdakı kimidir. 

Qurudulmuş badımcan: 3784 mq
Qurudulmuş pomidor: 3416 mq
Qırmızı quru bolqar bibəri: 2549 mq
Buğda unu: 1418 mq
Keçiboynuzu bəkməzi: 1262 mq
Quru noxud: 1171 mq
Quru gavalı: 1132 mq
Noxud: 1098 mq
Toxumsuz üzüm: 1043 mq
Mərci: 1004 mq
Quru lobya: 927 mq
Püstə: 869 mq
Quru əncir: 830 mq

Ödəm əleyhinə qidalar 

Cəfəri aparıcı ödem atan qidalardan biridir. Səhər yeməyinizə və salatlarınıza əlavə edə biləcəyiniz cəfərini sadəcə yuyaraq da yeyə bilərsiniz. İtburnu çayı da ödəm atmaq üçün təsirli vasitələrdən biridir. Ananas və xiyar ödəm atmaq üçün istehlak edilən qidaların içərisində yer almaqdadır. 

Ödəm atan çay resepti


Resept 1
Lazımdır:
1 litr qaynadılmış su, 1 dəstə cəfəri, 1 fındıq boyd zəncəfil, 2 darçın çubuğu, 1 limon, yaşıl alma.

Hazırlanması
1 litr qaynadılmış suya 1 dəstə cəfəri doğrayın və üzərinə doğranmış alma, limon və zəncəfil parçalarını əlavə edin. Darçın çubuğunu əlavə etdikdən sonra 5 dəqiqə qaynadın. Sonra bütün qarışığı süzgəcdən keçirin və soyuduqdan sonra için.

Resept 2
Albalı saplı yaşıl çay

Lazımdır
 
1 qırmızı alma, 1 limon, 10-15 albalı sapı, 10-15 cəfəri sapı, 5-6 mixək, 2 çimdik yaşıl çay.

Hazırlanması
Albalı və cəfəri saplarını 1 litr qaynar suya əlavə edin. Dilimlənmiş alma və limon parçalarını üzərinə qoyun. 2 çimdik yaşıl çay və mixəyi əlavə etdikdən sonra 5 dəqiqə qaynadın və qarışığı süzün. İsti və ya soyuq içə bilərsiniz.


Resept 3
Lazımdır
2 soyulmuş xiyar, 2 dilim ananas, 1 çay qaşığı darçın tozu, 2-3 təzə nanə yarpağı.

Hazırlanması
Bütün məhsulları blenderdən keçirin. Üzərinə su əlavə edib içə bilərsiniz. 


Ödəm və artıq çəki ilə bağlı problem yaşayırsınızsa mənə müraciət edərək bu probleminizdən yaxa qurtara bilərsiniz. Nəzərinizə çatdırıram ki, ilkin konsultasiya PULSUZDUR.
 


ЦитатаОтветить
  • Felica

  • 30 апреля 2023 20:24
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Great post. I used to be checking continuously this blog and I am impressed!
Very helpful information specifically the remaining part :
) I take care of such information much. I was looking for this particular information for a very lengthy time.
Thank you and good luck.

My webpage ... online betting sites south africa
  • Нравится
  • 0
ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
<a href=https://avidigital-spb.ru/>https://avidigital-spb.ru</a>
  • Нравится
  • 0
ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
<a href=https://vstx.ru/>https://vstx.ru/</a>
  • Нравится
  • 0
ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Если вы искали где отремонтировать сломаную технику, обратите внимание - <a href=https://omsk.profi-teh-remont.ru>техпрофи</a>
  • Нравится
  • 0
ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Запой — это состояние, возникающее вследствие длительного и бесконтрольного употребления алкоголя. Оно характеризуется физической и психологической зависимостью, что приводит к множеству серьёзных последствий для здоровья. Вывод из запоя становится важной задачей для восстановления нормального функционирования организма и психики человека. Одним из эффективных методов является вывод из запоя на дому, который предоставляет возможность проходить лечение в привычной обстановке, избавляя пациента от лишнего стресса, связанного с госпитализацией.
Подробнее можно узнать тут - капельница вывод из запоя на дому недорого
  • Нравится
  • 0