Ayda neçə kq çəki atmaq olar?

Ayda neçə kq çəki atmaq olar?

Şirzad İsmayılov
03.11.2021
5 493 dəfə oxundu
 

 

Ayda neçə kq çəki atmaq olar? Sürətli çəki verməyin zərərləri nələrdir? 

Arıqlamağa qərar verən bir insan normal bir fərddən çox fərqli düşünür. Bu düşüncələrdən ən qorxulusu sürətli arıqlamaq istəyi və bunun sağlam olduğu düşüncəsidir.

Çünki hədəfə tez çatmaq bir çox köklükdən əziyyət çəkmiş və bundan bezmiş insanların istədiyi şeydir. Əgər bundan xilas olmaq istəyirlərsə bu təqdirəlayiqdir, alqışlamağa dəyər. Lakin diqqət etmək lazımdır ki, sağlamlığa qaçarkən daha da xəstələnməyəsiniz.

Bu yazımda sizə sürətli kilo itkisinin zərərləri və ayda neçə kilo arıqlamaq lazım olduğu barədə məlumat verəcəyik.

Hormon balansınız pozular

Arıqlamaq üçün çox az kalori qəbul etməlisiniz.  Daha az kalori yemək bədəninizin enerji istehsalı və istehlak mexanizmlərini dayandırır. Bundan əlavə, az kalori qəbul edirsinizsə orqanların hamısı kifayət qədər enerji ala bilmir və bəzi orqanlar zəif işləməyə başlayır.

Hormon pozğunluğu riski, az kalorili və kifayət qədər yağ, zülal qəbul etməyən insanlarda daha yüksəkdir. Çünki yağ bir çox hormonlarda və bədən quruluşunda əsas rol oynayır. 

Bu səbəbdən sürətli arıqlama hormonlarınızı pozaraq,
  • Cinsi istək itkisi,
  • Yuxu problemləri,
  • Həzm sistemi problemlərinə yol açır.
Başqa sözlə, bədəninizin normal işləməsi üçün hormonları saxlamaq üçün sürətli arıqlamamalı bunu qaydasında aparmalısınız. 

Vitamin və mineral çatışmazlığına səbəb olur

Yaşamaq üçün bəlli zamanda bəlli miqdarda qida ilə qidalanmaq məcburiyyətindəsiniz. Çünki yaşamaq üçün lazım olan hüceyrə fəaliyyətləri və onların girdiyi reaksiyalar özlərinə vitaminlər, minerallar, zülallar və yağlar tələb edir.

Sürətlə arıqlamağa başladığınızda avtomatik olaraq az yeyirsiniz. Bu da o deməkdir ki, az vitamin, az mineral, az zülal və az yağ qəbul etməyinizə səbəb olur.
Lazımi qidaları ala bilmirsinizsə:
  • Əzələ itkisi;
  • Yorğunluq və zəiflik;
  • Sancılar;
  • Bir çox orqan funksiyasının pozulması kimi bir çox problemlə qarşılaşa bilərsiniz.
Bu səbəbdən sürətli şəkildə arıqlamağa çalışmaq, həyatınız üçün təhlükəyə səbəb ola bilər.

Depressiya yarada bilər

Çox aşağı kalorili alımının bədəninizi stresə saldığını qeyd etdim. Güclü stres isə beyindəki biyokimyəvi fəaliyyətləri pozur. Bundan əlavə, zəif qidalanma, yəni aşağı vitamin və mineral qəbulu beyinə təsirini göstərir. Bu səbəbdən uzun müddət düzgün qidalanmırsınızsa depressiya riskiniz artır. Sinir xəstəlikləri xüsusilə B12 və D vitaminləri və folik turşusu kimi mikroelement çatışmazlığında görülür. Əlbəttə ki, sürətli kilo itkisi bununla məhdudlaşmır. Digər ziyanları da var:
  • Saç tökülməsinin sürətlənməsi;
  • Dırnaqlarda problem;
  • Əsəb sisteminin problemləri;
  • Sümüklərdə yarana biləcək problemlər;
  • Metabolizminizin pozulması;
  • Daimi qəbizlik;
  • Həddindən artıq maye itkisi (dehidrasiya);
  • Zehni qabiliyyətlərin azalması kimi sıralaya bilərik. 

Yaxşı deyək ki, tez arıqladınız. Bəs sonra?

Sürətli arıqlayırsınızsa, beyniniz deyil, bədəniniz dəyişir. Buna görə arıqladıqdan sonra dəyişməyən beyniniz və fikirləriniz vasitəsilə yenidən kökəlməyinizə səbəb olur. Çünki əvvəlki yemək vərdişləri hələ də sizdə var. Bu vəziyyəti mədə kiçiltmə əməliyyatlarından sonra tez-tez şahidi oluruq.

Bu səbəbdən sürətlə arıqlamaq, uzun müddətdə çəkinizi qorumağınızı çətinləşdirir. Arıqladığınız çəkini saxlamaq istəyirsinizsə, sürətli arıqlamaq əvəzinə yavaş və davamlı arıqlayaraq düzgün yemək vərdişlərini qazanmalısınız.

Bəs ayda neçə kiloqram çəki atmaq normaldır?

Yəqin ki, indi hamının ağlında bu sual var. Bu mövzuda bir çox geniş mənbələrə sahibik. Lakin bu mənbələrin ən qiymətlisi və güvənlisi  Xəstəliklərə nəzarət və qarşısını alma mərkəzi (Centers for Disease Control and Prevention) sağlam çəki atmaq üçün həftədə maksimum həddi 500 ilə 1000 qram arasında olduğunu bildirir.

Beləliklə, sağlam çəki atmaq istəyirsinizsə və hədsiz kilolu deyilsinizsə, ayda ən çox 2000-4000 qram (2 kq- 4 kq)  arıqlamalısınız.
Ümumiyətlə bir insanin qaraciyəri gündəlik 150 qramdan arıq yağı əritməyə qadir deyil, bu da hələ siz hər şeyi düz edirsinizsə əlavə olaraq kalori itirirsinizsə onun xaricində itirilənlər ödəm (şişkinlik) və şlaklar olur.

Yuxarıda qeyd etdim ki, çox kilolu deyilsinizsə, ayda ən çox 2 ilə 4 kilo arıqlamalısınız. Çox kilolusunuzsa onda təbii ki, vəziyyət dəyişir. 
Əslində iş olduqca sadədir, piylənmə sinifinə düşəcək çəkidəsinizsə yəni bədən kütlə indeksi 30-dan çoxdursa, sürətlə arıqlaya bilərsiniz.
Bu vəziyyətin səbəbi kilolu şəxslərin kalori ehtiyacının həddindən artıq olması və bədənin kilo itkisinə meylli olmasıdır.
Buna görə çəkiniz lap çoxdursa, ayda 4 ilə 8 kiloqram arıqlamaq təbii bir haldır. Odur ki, bundan narahat olmağa dəyməz. 
 
Tam sağlam və təbii yollarla arıqlamaq istəyirsinizsə mənimlə birbaşa əlaqə saxlaya bilərsiniz. Digər yazılarımızı oxumaq üçün bloqlar bölməmizə keçid edə bilərsiniz.