Şəkəri tərgitməyin yolları

Şəkəri tərgitməyin yolları

Şirzad İsmayılov
02.17.2021
1 322 dəfə oxundu
 
Şəkər asılılığı çox ciddi bir problemdir. Bəs şəkərdən imtina etmək istərdinizmi? Cavabınız "hə”dirsə şəkəri tərgitməyin yolları və necə şəkəri tərgidə bilərsiniz yazımı sona qədər oxuyun.  

Şəkərin necə zərərli bir qida olduğunu yəqin ki, kifayət qədər şəxsdən və mənbədən eşitmisiniz. Şəkərin zərərlərini bilməyə baxmayaraq kifayət qədər şəxs yenə də tərkibində şəkər olan içki və qidalardan istifadə etməkdədir. Madam ki, şəkəri tərgitmək istəyən, lakin necə edəcəyini bilməyən şəxslər var mənə də bu məsələni izah etmək düşər. Hazırladığım bloq yazısında şəkəri tərgitməyin yolları haqqında sizə danışacam və necə şəkərdən xilas ola biləcəyinizin yollarını sizə göstərəcəm.

Elə isə başlayaq!

ŞƏKƏRİ TƏRGİTMƏYİN YOLLARI

Şəkəri tərgitmək üçün bir neçə yol mövcuddur. Bu yolları və etməli olduğunuz şeyləri sizin üçün bir neçə başlıq altında izah edəcəm. Diqqətli olmağınızı istədiyim əsas məqam qeyd etdiyim yolların təklikdə effektiv olmadığını bilməyinizdir. Ən məntiqlisi fərqli metodları doğru zamanda tətbiq etməyinizdir.
"Əlavə olaraq da sizə bunu yeməyin tipli hər yerdən əldə edəcəyiniz və oxuyacağınız sözlər deməyəcəm."

Qidaların şəkər tərkibi öyrənmək

Şəkəri tərgitməyiniz müddətdə ilk olaraq şəkərin istifadəsini azaltmalısınız. Yediyiniz qidaların tərkibi sizi aldatmasın. Bu səbəbdən də qidaların şəkər tərkibini öyrənməlisiniz. Xidmətlərimdən istifadə edən bir çox şəxs qidalarının şəkər tərkibini öyrənməyin çətin olacağını düşünüb bundan çəkinirdi.
Əslində elə də qarışıq bir məsələ deyil. Bunun üçün aldığınız məhsulların paketlərini oxumaq lazımdır. Tərkib hissəsində 100 qr məhsulun tərkibi sizin üçün qeyd edilmişdir. Həmin tərkibdə məhsulun karbohidrat miqdarı, zülal miqdarı, yağ miqdarı, şəkər miqdarı və s. məlumatlar alan şəxsin məlumat alması üçün qeyd edilmişdir. 

"Sizə maraqlı olacaq bir məlumatı qeyd edim. Cola ilə alma suyunun demək olar ki, eyni miqdarda şəkərə sahib olduğunu bilirsinizmi? Zərərlərini bir kənara qoyun alma ilə cola şəkər miqdarı cəhətdən demək olar ki, eynidir!

Light qidalara diqqət edin

Qayda sizin üçün qəribə ola bilər. Çünki diyet saxlayan bir çox şəxs əsasən light qidalardan istifadə edir və bu qidalara güvənir.
Amma siz şəkəri tərgitmək istəyirsinizsə sizin üçün vəziyyət tamamilə fərqlidir. Çünki light məhsul istehsal edən şirkətlər məhsulu istehsal edərkən tərkibində yağ varsa ilk olaraq həmin yağ miqdarını azaltmağa çalışır. Azalan yağ miqdarı ilə bərabər məhsulun dadı da pisləşir. Bu halı isə məhsulun tərkibinə şəkər əlavə etməklə ört-basdır edirlər. Bu səbəbdən də light qidaları tərkibində dadlandırıcı olub olmamasından asılı olmayaraq çalışın az istifadə edəsiniz və ya etməyəsiniz. 
"Qeyd etdiyim məsələ ilə bağlı qeyri-adi bir misal da qatıq üzərindən verim. Belə ki, qatıq alan zaman light olan tərcih edirsinizsə sizin üçün pis bir xəbərim var. Normal qatıq 5% şəkər tərkibinə sahibdir, light olan isə 15%"

Çəki atmağa fokuslanmamaq

Şəkərdən asılılıq ilə obez xəstəliyi çox vaxt bir-biri ilə bağlılıq göstərir. Amma birinin öhtəsindən gəldiyiniz zaman digərinin öhtəsindən gələcəyiniz demək deyil.
Mövzunu sizin üçün daha da sadə dildə izah edim. 

Məsələ belədir. Belə ki, şəkər asılığından xilas olmaq üçün qeyd etdiklərimi tətbiq etməyə başladınız, "Şəkəri tərgidirəm, elə isə çəkimdə azalmağa başlayacaq” deyə düşünməyə başlayacaqsınız. Şəkər xaricində digər yediyiniz şeylərə də fikir verməyə başlayacaqsınız.

Məntiqli gəlsə də çox vaxt işə yaramır.

Səbəbi isə çox sadədir. Şəkər asılığı çox ciddi problemdir və bir çox hallarda çətin öhtəsindən gəlinir. Bu kimi hallarda kalori defisiti yaratmaq yəni pəhriz saxlamaq öhtəsindən gəlmək çətin olan ikinci bir ağırlıq yaradır üzərinizdə. 

Bir müddət sonra bezirsiniz. Nəticədə isə həyatınıza şəkər asılılığı olan və çəkisi artıq bir insan kimi davam etməli olursunuz. 
"Şəkər asılılığından qurtulduqdan qısa müddət sonra zatən çəkiniz azalmağa başlayacaq. Bu səbəbdən də şəkəri tərgitdiyiniz müddətdə özünüzə vaxt verin və dərhal paralel olaraq pəhrizə başlamağa da qərar verməməyi tövsiyyə edirəm."

Uzunmüddəti düşünmək və özünüzlə barışıq olmaq

Pəhriz müddətində səhv etməyiniz, sağlam olmayan qidaları qəbul etməyiniz təbii haldır. Etdiyiniz bu şeylər sizi "pis” hiss etdirə bilər, çünki digər şəxslərin pəhriz prossesinin şahidi olmamısınız. 

Amma ki, YOX!

Şəkəri tərgitmək müddətində özünüzü pis hiss etməyin sizin üçün heç bir faydası olmayacağını bilməyinizi istəyirəm. Şəkər istifadə etmək xoşbəxtlik səbəbi ikən, şəkəri tərgitmək onsuz da əhvalınızı azaldıb sizi melanxolik bir vəziyyətə gətirəcək. 

Belə olan halda mütləq özünüzü bağışlamağı bacarmalı və nə olmasından asılı olmayaraq əhvalınızı pozmamalısınız. 

"Araşdırmalar sübut edir ki, sağlam qidalanmayan, amma sonrasında özünü bağışlamağı bacaran insanlar özünü bağışlamayan və cəzalandıran insanlara nisbətən, sonrakı dövrdə öz iradələrinə daha çox sahib çıxırlar. Yəni səhv etmək və dərs çıxartmaq həyatın hər bir sahələrində olduğu kimi şəkəri tərgitmək sahəsində də var."

Şəkəri tərgitməyin yolları - Yekun nəticə


Şəkəri tərgitmək müddətində ən çox edilən səhvləri və həlli yollarını sizə təqdim etdim. Doğru formada hərəkət etmək və planlı olmaq məqsədinizə çatmaq üçün mütləq lazımınızdır. 

Sonda qeyd edim ki, sağlam qidalanma və sağlam yolla çəki atmaq istəyirsinizsə mənə müraciət edə bilərsiniz. Bunun üçün sadəcə özünüzə #başlayıram deməyiniz kifayətdir. Mənimlə birlikdə pis qidalanma vərdişlərindən canını qurtaran və öz istədiyi çəkiyə sahib olan yüzlərlə şəxs var. Səndə niyə onlardan biri olmayasan? Xidmətlərimlə link vasitəsi ilə tanış ola bilərsən və ya mənimlə birbaşa əlaqə saxlaya bilərsən. Digər yazılarımızı oxumaq üçün bloqlar bölməmizə keçid edə bilərsiniz.