Sağlam qidalanmaq çox çətindir?

Sağlam qidalanmaq çox çətindir?

Şirzad İsmayılov
06.14.2020
1 271 dəfə oxundu
Sağlam qidalanmaq çox çətindir?



Sağlam qidalanmaq çətin deyil əksinə çox-çox asandır!
Sağlam qidalanmaq üçün xırdaçılığa getməyə qəti ehtiyac yoxdur!
"Sağlam qidalanmaq istəyirəm ama haradan necə başlayacağımı bilmirəm” -deyənlər lap çoxdur.
Sağlam qidalanmaq üçün uzun-uzadı düşünməyə və işləri daha da mürəkkəbləşdirməyə ehtiyac yoxdur!
Sadəyə doğru gedin!

-Təbiətdəki təbii nemətlərdən maksimum istifadə etməyə çalışın
-Gündəlik olaraq çoxlu göyərti, tərəvəz və sayı keçməmək şərti ilə meyvə istifadə edin
-Paxlalılar, yumurta, fəsil balıqları və mütləq şəkildə ət istifadə edin.
-Təbii tərəvəz yağları süfrənizdən əksik etməyin. Ay nəbilim avokado, çhia toxumu, kakos yağı kimi detallara girməyə heç ehtiyac yoxdur. Zeytun yağı günəbaxan yağı bunun üçün ən yaxşı seçim ola bilər. Ən sadə həmişə ən yaxşısıdır.
-Un və taxıl nəhsullarını da ümumiyyətlə birdəfəlik həyatımızdan çıxara bilsək həyatımız çox mükəmməl olacaq
Yəni ən təməl, ən sadə hər zaman ən yaxşıdır.

Bəs sağlıqlı qidalananda nə olur?
Əsas sual bu olmalıdır: "Nə olmur ki?”
-İlk bir həftədə özünüzdə dəyişikliyi ən yaxşı formada hiss edirsiniz;
-Daha enerjili və sağlam hiss edirsiniz;
-Yuxu rejiminiz normala düşür və daha rahat yatıb, daha rahat, gümrah oyanırsınız;
-Qəbizlik, qaz və köp problemlərinizə birdəfəlik "sağol” deyirsiniz;
-Çox yemək krizləriniz yoxa çıxır;
-Sağlam qidalanma alternativləri çoxalır və artıq həyatınızı bu üzrə qurmağa və adaptasiya etməyə başlayırsınız.
Çünki özünüzü o qədər yaxşı və sağlam hiss edəndən sonra əvvəlki həyatınıza qayıtmaq istəməyəcək və əslində əvvəllər özünüzə necə ciddi formada zərər verdiyinizi açıq-aşkar görəcəksiniz.

Mənimlə birlikdə öyrənəcəkləriniz 1 aylıq məlumatlar deyil, bu məlumatları ömür boyu istifadə edərək sağlam və fit ömür yaşaya bilərsiniz.